29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Yağ yandıran" detoks smuzi

02 yan 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Orqanlarınız gün ərzində bədəninizi toksinlərdən təmizləmək üçün çox çalışır. Müxtəlif detoks içkilərinin istehlakı, orqanlarınızın müntəzəm detoks funksiyalarını təşviq etmək və dəstəkləmək üçün çox faydalı ola bilər.

Detox smuzi bədəninizi təmizləmək və arıqlamaq üçün ən yaxşı yoldur. Bədəninizi toksinlərdən təmizləyərək arıqlamaq istəyirsinizsə, bu “yağ yandıran” detoks smuzi reseptini sınayın.

Sizin üçün hazırladığımız vitamin və minerallarla dolu bu “yağ yandıran” smuzini təqdim edirik.

İnqridiyentlər :

1 stəkan doğranmış ananas dilimləri

1 yaşıl alma

1 stəkan ispanaq

1 stəkan dəmlənmiş və soyudulmuş yaşıl çay

2 ədəd təzə zəncəfil

1 stəkan kokos suyu

1 xörək qaşığı limon suyu

2 çay qaşığı bal

yarım xiyar

6-8 təzə nanə yarpağı

Hazırlanması :

1: Blender qabına 1 stəkan ispanaq, təzə zəncəfil parçaları, 1 stəkan dəmlənmiş və soyudulmuş yaşıl çay və 1 stəkan kokos suyunu yerləşdirin. Homogen kütlə alınana qədər qarışdırın.

2: Sonra qarışığa 1 stəkan doğranmış ananas parçaları, 1 doğranmış yaşıl alma, doğranmış yarım xiyar əlavə edin. Blenderdə qarışdırın.

3: 2 çay qaşığı bal və nanə yarpağı əlavə edin. Yarım limonun suyunu sıxın. Yenidən qarışdırın və möcüzəli içkidən zövq alın.

Nuş olsun!

Günay Cavanşir


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur