Mayın 26-da Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Ararat Arami Aroyan qeyri-müəyyən şəraitdə ağır xəsarətlər alıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Xəstəxana həkimlərinin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Hüseyn İbadlı