Erməni əsilli fransız hərbi jurnalist Leo Nikolyan hələ də İrəvandakı Zvartnots beynəlxalq hava limanındadır və beşinci gündür ki, aclıq aksiyasını dayandırmır.
Publika.az xəbər verir ki, o, videomüraciətində “Mən bir az su içirəm və onlar mənə aydın və yazılı şəkildə Ermənistana buraxılmama səbəbinə cavab verənə qədər mübarizəni dayandırmayacağam” deyib.
Kadrlarda ona iynə (ağrı kəsici) vurulduğu və təzyiqinin ölçüldüyü əks olunub.
Daha əvvəl məlum olmuşdu ki, erməni əsilli fransız hərbi jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib.
Tural