Martın 25-i ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin atılıb.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Hadisə Məxfi Xidmətin və bomba qruplarının müdaxiləsini tələb edib.
"Politico" xəbər verir ki, naməlum şəxs avtomobilin pəncərəsindən evə doğru peyin atıb. Məxfi Xidmət sözçüsü Entoni Quqlielminin sözlərinə görə, hadisə yerinə gələn Metropolitan Partlayıcı Sursatların Zərərsizləşdirilməsi Bölməsinin mütəxəssisləri heç bir təhlükə görməyib. Hazırda faktla bağlı araşdırma aparılır.
Hüseyn İbadlı