29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ovuc içi boyda xoşbəxtliyə şükür edən Xalq artisti: Nəvələri ona nə hədiyyə edib?

31 yan 2024 13:00
GÜNDƏM
ads

”Əlvida”, ”Getdiyin o yollar”, ”Hər yaşanan günlərin qədrini bilək”, ”Həsrət yağışı”, ”Sənsiz qalan sevgi”, ”Sevgilim”, ”Ulu torpaq”, ”Xatirə”, ”Xəyalım mənim,”Yada sal məni”, “Ovuc içi qədər xoşbəxtlik “ kimi nəğmələrin hər birinə özü boyda ürək, ruh, can, sevgi verən Mübariz Tağıyev. İfa etdiyi bütün mahnılara elə möhür vurub ki, bu möhürü açmaq, onu yeniləmək çətin ki, ikinci bir şəxdə onun kimi alına. Bu sənət əsərləri yalnız Mübariz Tağıyev səsinin ölçüsünə biçilib, yalnız o səsin sehri ilə sevilib.

Publika.az xəbər verir ki, bu gün Xalq artisti, sevilən sənətkar Mübariz Tağıyevin doğum günüdür. Özəl günü münasibəti ilə sənətkarı təbrik edib, təsüratlarını da öyəndik.

-Mübariz müəllim, salam. Doğum gününüz mübarək olsun.

-Çox sağ olun. ( hiss olunur ki, özü də gözləmirdi)

-Necəsiniz?

-Belə də...(gülür)

-Niyə belə də?

-Yox, yaxşıyam, hər şey qaydasındadır. Maşallah yaxşı hiss edirəm özümü. Hazırda "Xəzər" telekanalındayam, bir azdan canlı efir başlayacaq.

-Bu gün sizi ilk təbrik edən kim olub?

-İlk təbrik edən nəvələrim oldu. Səhər tezdən qaçdılar üstümə. Gözlərimi açan kimi gördüm ki,hamısı yığılıb başıma. Ailəm, həyat yoldaşım təbrik etdi ilk məni. Həyat gözəllikdi. Şükür bu günə.

-Ad gününü qeyd etməyi sevirsiniz, yoxsa elə sıradan bir gün kimi keçirirsiniz?

-Sözün düzü, o qədər də yox. Ancaq istədim-istəmədim evdəkilər müəyyən qədər məcbur edirlər ki, qeyd etməliyik.

-Niyə qeyd etməyi xoşlamırsınız?

-Bilirsən, mən bir az tərifnamələrdən qaçan adamam. Ona görə deyirəm elə evdə, ailə içində özümüz qeyd edək.

-Maşallah, yaş oldu 76, Mübariz müəllim...

-Yaxşıdır, əladır. 76 normal yaşdı. Dünən bir nəfər soruşur ki, ay Mübariz müəllim, yaş üstə yaş gələndə nə cür olur? Dedim biri var insanlar müdrikləşir, biri də var cılızlaşır... İndi məndə şükürlər olsun ki, birincidir, müdrik çağımdayam.

-Mübariz müəllim bu yaşda özünə nə arzulayır?

-Düzünü deyim də... Kövrəlir... Balaca nəvələrimin toylarını, xoş günlərini görmək istəyirəm. O qədər görüləsi işlər var ki... Təsəvvür eləməzsiniz. Zaman tez gedir, çatdırmırsan...

-Mübariz müəllim hədiyyə almağı sevir? Maraqlıdır bu gün nə hədiyyə ediblər sizə?

-Sözün düzü, o qədər də sevmirəm. Bu gün evdəkilər, nəvələrim hədiyyə verdilər, gətirdilər ki, bilmirik əyninə olacaq, ya yox. Dedim axı ehtiyac yox idi. Bunu niyə almısınız? Mən istədiyimi, bəyəndiyimi özüm alıram. Amma çox çək-çevir etmədim, dedim əziyyət çəkmisiniz, seçmisiniz.Ancaq bir az balaca idi ( gülür). Bilirsən, qızım, ən gözəl hədiyyə diqqətdir, zamandır.

-Bu gün Mübariz müəllimin ruhu hansı mahnını oxuyur?

- Arxada bir 10 mahnı var, hələ yazılmayıb. Onların içərisində biri var Zəngəzur haqqındadır. Mənim bir köküm o tərəfdəndir. Ona görə istəyirəm o mahnını ifa edim. Hələ ki, zümzümə edirəm, özümü görə bilmirəm nəsə. Ya gərək melodiya dəyişə, ya da...

Bu gün oxuduğum mahnılar arasında “Ovuc içi kimi xoşbəxtlik “ gəlir-gedir gözümün qabağından.

-Bir daha təbrik edirəm sizi, tezliklə Zəngəzurda ifanızı eşitmək diləyi ilə.

-Kim bilir, hər şey ola bilər...

-Çox sağ olun.

-Diqqətiniz üçün mən də sizə təşəkkür edirəm.

Cəmilə Hətəmxanova


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur