Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb”, – məlumatda diqqətə çatdırılıb.
Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb:
“Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır:
“Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.