“Bu gün burada toplaşmağımızın, sevincimizin başlıca səbəbi Ali Baş Komandanımız İlham Əliyevdir”.
Publika.az xəbər verir ki, Xalq artisti Həmidə Ömərova bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı təəssüratlarını bölüşüb.
O bildirib ki, bu gün xalqımızın ən böyük bayramlarından biridir:
“Hamımız xoşbəxtik. Çünki xalq istədiyi və qalib prezidentini seçib. Mən də bu xalqın nümayəndəsi kimi, prezidentimizə səs vermişəm”.(Qafqazinfo.az)