“Yaşıl Gələcək” layihəsi çərçivəsində bugünədək 3864 vətəndaş və tərəfdaş təşkilat adından 100 000 ağac əkilib.
Qütb.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova öz facebook səhifəsində məlumat verib.
Ağacəkmə və yaşıllaşdırma işlərinə “Yaşıl Gələcək” platforması (https://yasilgelecek.az/) üzərindən dəstək olan və əlamətdar günlərində ağac əkərək təbiətə töhfə verən hər kəsə təşəkkür edirik.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən “Yaşıl Gələcək” platforması “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən yaradılıb və vətəndaşlar tərəfindən yaşıllıqların artırılmasına töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, “Yaşıl Gələcək” layihəsi İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin beynəlxalq “WSIS Prizes” müsabiqəsinin siyahısında yer alıb və layihə müsabiqəyə "E-environment" bölməsi üzrə daxil edilib.