Amerika Birləşmiş Ştatları əvvəlki mövqeyinə sadiqdir və öz ordusunu heç bir şəkildə Ukraynaya göndərmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Dəfələrlə deyildiyi kimi, biz Ukrayna daxilində ukraynalılara təlim keçmək üçün hərbi məsləhətçilər, qoşunlar və ya təlimçilər göndərməyi planlaşdırmırıq”.
O xatırladıb ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün Almaniyadakı hərbi bazada təlim təşkil edib və burada “minlərlə ukraynalı əsgər” Qərb istehsalı olan avadanlıqlarda təlim keçib.
O, həmçinin qeyd edib ki, ABŞ tezliklə Ukraynaya fövqəladə ehtiyaclarını ödəmək üçün lazım olan əlavə silahların tədarükünü elan edəcək.
“Prezident Vladimir Zelenski ilə razıyam ki, daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyac var. ABŞ isə bunun üzərində işləyir".
Cəmilə