“X” platforması keçid açarı xüsusiyyəti qazanan tətbiqlərə qoşulub. Parolsuz giriş funksiyası “iPhone” istifadəçilərinə təklif edilməyə başlanıb.
Publika.az xəbər verir ki, “X Premium”a abunə olmayan istifadəçilər üçün SMS vasitəsilə iki faktorlu autentifikasiya funksiyası ləğv edildikdən sonra yeni giriş seçimi elan edilib. “X” indi “iPhone” və “iPad”-lərdə parolsuz girişi dəstəkləyir və pulsuz istifadəçilər də bu təhlükəsizlik funksiyasına daxil ola bilərlər.
2FA hesabı qorumağa kömək edir və parola ehtiyac olmadan daxil olmağa imkan verir. “X” açarı ilə parolsuz giriş yalnız mövcud hesablar üçün mümkün olacaq. Bu funksiya yeni hesablarda aktiv olmayacaq.
Aysel Şahmar