Argentina prezidenti Xavyer Miley Lionel Messi haqda danışıb.
Publika.az xəbər verir ki, ölkə rəhbəri 37 yaşlı superulduzu tarixin ən yaxşı futbolçusu hesab etdiyini bildirib:
“Leo tarixin ən yaxşı oyunçusudur. Mən bunu çoxdan deyirəm. Hətta bunu əvvəllər də demişəm, bununla bağlı video da var. Üstəlik, Lionel orta hesabla Peleni üstələyir. Buna heç bir şübhə yoxdur. Messini iqamətgahımda qəbul etmək mənim üçün şərəf olardı”.
Qeyd edək ki, Argentina millisi iyulun 15-də Amerika Kubokunun finalında Kolumbiya ilə qarşılaşacaq. Görüş saat 04:00-da başlayacaq.