Türkiyə 2026-cı ildə beşinci nəsil mobil rabitə (5G) xidmətini istifadəyə verməyi planlaşdırır.
QÜTB.AZ xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib.
“2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılması çərçivəsində tender keçirəcəyik və 2026-cı ildə bu şəbəkənin ilk siqnalını alacağıq,” - deyə Ərdoğan qeyd edi.b
Qeyd edək ki, daha əvvəl ölkədə 5G şəbəkələrinin sınaqlarına başlanılıb. İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla, 30 təşkilata 5G-dən istifadə üçün icazə verilib.