“Washington Post” (WP) qəzetinin sahibi Ceff Bezos qəzetin 36 illik ənənəsini pozaraq, ölkədəki prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarını verib.
QÜTB.AZ xəbər verir ki, Bezos reaksiyalardan sonra verdiyi açıqlamada qəzetin prezidentliyə namizədi dəstəkləməsinin seçkilərə kritik təsir göstərmədiyini deyib.
Şirkət prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarına gəldikdən sonra redaksiyadan 3 nəfər istefa verib.
ABŞ Milli İctimai Radiosunun (NPR) hesabatında qərardan sonra təxminən 200 min rəqəmsal abunəliyin ləğv edildiyi iddia edilib.
Amerika mətbuatında prezident seçkiləri öncəsi media ənənəvi olaraq təşkilatların özlərini yaxın hiss etdikləri prezidentliyə namizədə dəstək elan etmələri “münasibət bəyanatı” kimi qəbul edilir.
Bəzi ekspertlər qeyd edirlər ki, ABŞ-da dərinləşən siyasi parçalanma və medianın üzləşdiyi iqtisadi çətinliklər səbəbindən milli qəzetlər hər hansı prezidentliyə namizədi dəstəkləməklə öz abunəçilərinin bir hissəsini itirmək riskindən qaçmaq istəyirlər.
Aysel Şahmar