02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İranda dəhşətli partlayış - Ölənlərin sayı 73-ə çatdı - YENİLƏNDİ

03 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında keçirilən matəm mərasimində baş verən partlayış nəticəsində azı 73 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Nazirliyinə istinadən yerli "Tasnim" xəbər agentliyi Telegram kanalında məlumat yayıb.

"Qurbanların sayı 73-ə çatıb", - nəşr yazıb.

Departamentin mətbuat xidmətinin məlumatına görə, ən azı 171 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Bu hadisə nəticəsində altı uşaq ölüb”, - nazirlik əlavə edib.

İran Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti çox ağırdır.

17:02

***

Xəbər verdiyimiz kimi, bur gün general Qasim Süleymaninin öldürülməsinin ildönümü ilə bağlı keçirilən mərasimində dəhşətli partlayış verib.

Publika.az xəbər verir ki, baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb. 170 nəfər isə yaralı olduğu qeyd olunub. Bu barədə “Tasnim” məlumat yayıb. Hazırda ölü və yaralılar hadisə yerindən təxliyə edilir.

İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

***

16:26

Yanvarın 3-də İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümünü qeyd etmək üçün yürüş keçirilib.

Publika.az axar.az-a istinadən xəbər verir ki, mərasim zamanı iki partlayış baş verib.

Partlayışlar general Qasım Süleymaninin dördüncü ildönümünü qeyd etmək üçün keçirilən yürüş zamanı - qəbiristanlığa aparan yolda baş verib.

İran mediasının məlumatına görə, azı 15 nəfər yaralanıb.

Partlayışın səbəbləri hələlik məlum deyil.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur