Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlonun təqdimat tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər", - məlumatda deyilir.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.