29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

VI Mədəniyyətlərarası Dialoq Forumu: Parlamentlərarası konfrans başlayıb

02 may 2024 10:00
GÜNDƏM
ads

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfrans keçirilir.

Publika.az xəbər verir ki, konfransda çıxış edən Türk PA-nın Baş katibi Mehmet Süreyya Er türk dövlətlərinin türk mədəniyyətinin varisləri olduğunu diqqətə çatdırıb:

"İnkişafımız üçün bir olub, birlikdə hərəkət etməliyik. Bilməliyik ki, mədəni isrin qorunması türk dövlətlərinin birliyindən keçir. Türk PA dövlətlərarası əlaqələrin genişlənməsi üçün daim faydalı layihələr həyata keçirir".

Rusiya Federasiyası Şurasının sədr müavini Konstantin Kosoçov isə qeyd edib ki, mədəni irsin qorunmasında Rusiyanın çox böyük təcrübəsi var.

"Ölkəmizdə mədəni irsin qorunmasında federal qanunların əhəmiyyətli rolu var. Biz bu təcrübəni hər kəslə bölüşməyə hazırıq. Rusiyada 193 xalq yaşayır. Bu xalqların hər birinin öz dili var, elə nümunə üçün deyim ki, Azərbaycan sərhəddində yerləşən Dağıstanda 14 dövlət dili mövcuddur. Rusiya onun sərhədləri çərçivəsində yaşayan bütün xalqlara tolerant münasibət göstərir və mədəni irsin qorunması istiqamətində mühüm addım atır", - deyə Kosoviç bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur