“Ötən il əlillik təyinatı ilə bağlı təqdim edilən rəylərin və sənədlərin düzgün olmaması ilə bağlı edilən müraciətlərin 43 %-i təsdiqlənib”.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
Agentlik rəsmisi diqqətə çatdırıb ki, təyinat zamanı təqdim olunan bütün sənədlər daim dəqiqliklə yoxlanılır:
"Ümumilikdə ötən il təyinatla bağlı 70 mindən yuxarı müraciət olub. Bununla yanaşı, il ərzində təkrar əlilliyə görə müraciətlərin sayı iki dəfə azalıb".
Aysel Şahmar