Müğənni Vəfa Şərifova ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində şəxsi həyatı haqqında danışıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Vəfa Şərifova aparıcı Zaur Kamalın "sevgilisindən küsəndə 50-100 min xərcə salır" sualına "Bu dəfə sevgilimə heç nə aldırmadım. O qədər dediniz, artıq üzüm utandı, heç nə istəmədim", - deyə cavab verib.
Qeyd edək ki, Vəfa Şərifova iş adamı Famil Xəlilovla sevgilidir. Müğənni bir müddət əvvəl sevgilisinin onunla barışması üçün Dubayda mənzil aldığını açıqlamışdı.