Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987- cil təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun batması barədə məlumat daxil olub.
Bu barədə QÜTB.AZ-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarış işləri davam etdirilir.