29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bakıda tikinti altına düşən yaşıllıqlar köçürüləcək

27 sen 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Bakı Dəmiryol Vağzalı və “28 May” metrostansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək.

QÜTB.AZ xəbər verir ki, bunu Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, tikinti işlərinə görə 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ətraf ərazilərinə köçürüləcək:

“Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda əkilən ağaclar Bakı iqliminə uyğun növlərdir”.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur