03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Avropa Ukraynaya qoşun göndərməkdən imtina edir?

27 mar 2025 05:00
DÜNYA
ads

Avropa ölkələri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün qoşun göndərməkdən başqa alternativ variantlar axtarır.

Qutb.az xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qoşun göndərilməsinə dair mövqenin dəyişməsi siyasi və logistik problemlərlə, həmçinin Rusiya və ABŞ-nin Avropa ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsinə qarşı çıxma ehtimalı ilə əlaqədardır. Bu məsələyə alternativ variantların müzakirəsi bu gün, 26 mart tarixində Parisdə keçiriləcək "İstəkli Dövlətlər Koalisiyası"nın növbəti toplantısında əsas diqqət mərkəzində olacaq.

Diplomatlardan birinin sözlərinə görə, Avropa ölkələri quru qoşunları göndərmək fikrindən geri çəkilərək, bu ideyanı daha məntiqli bir formata salmağa çalışırlar. Digər diplomat isə qeyd edib ki, Ukrayna daha yaxşı vəziyyətdə olarkən qoşun göndərmək ideyası cəlbedici görünürdü, lakin hazırkı hərbi vəziyyət və ABŞ administrasiyasının mövqeyi fonunda bu plan əvvəlki kimi perspektivli deyil.

Bununla yanaşı, mənbələr Avropa ölkələrinin ümumi yanaşmasında dəyişikliklərin baş verməsinə baxmayaraq, bəzi dövlətlərin Ukraynaya hərbi təlim və dəstək məqsədilə məhdud sayda qoşun göndərə biləcəyini istisna etmirlər.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur