Yanvarın 1-də xəstəxanaya yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Ostin bazar ertəsi xəstəxananı tərk edib:
“Nazir hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”, - bəyanatda deyilir.
Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.