Valideynlik məzuniyyətində olan atalara da analar kimi əmək bazarında tələbat olan ixtisaslar üzrə peşə hazırlığı və ixtisasartırma üçün pulsuz sosial təminatlar veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin üzvü Svetlana Bessarab danışıb.
“Fakt budur ki, məhz Yeni il ərəfəsində Rusiya Federasiyası höküməti məktubuma cavab verdi . Əvvəllər bu hüquqa yalnız analıq məzuniyyətində olan analar sahib idi. Bu mövzu ilə uzun müddət mübarizə aparmalı oldum, amma sonda mənə müsbət cavab verildi. Mən buna çox şadam”.
Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən Rusiyada analıq və bir yaş yarıma qədər uşaqlar üçün uşağa qulluq müavinətlərinin maksimum məbləği artıb.
Cəmilə