Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.
“Antiterror əməliyyatı zamanı iki quldur məhv edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında silahlılar Dərbənddə sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar . Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb. Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib.
xxx
21:48
Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib və hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
Pubklika.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.
Hazırda Mahaçqala və Dərbənddə kilsə və sinaqoq binalarını atəşə tutan silahlı şəxslərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hüseyn İbadlı