Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib.
Publika.az xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi məlumat yayıb.
O bildirib ki, şairin səhhətində problemlər yaranıb və ona kömək lazımdır.
“Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti və dəstəyi lazımdır. Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdırlar, xəstə, yaşlı şairə kömək etməliyik”, - deyə B.Həzi qeyd edib.