Rusiyada 2025-ci ilin əvvəlindən güclü spirtli içkilərin minimum qiymətləri artacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi müvafiq qərar verib.
Yanvarın 1-dən vodkanın minimum qiyməti 299 rubldan 349 rubla, konyakın qiyməti isə 556 rubldan 651 rubla qaldırılacaq.
Rusiyada spirtli içkilərin minimum qiyməti sonuncu dəfə 2024-cü ilin iyulunda artırılmışdı.
Maliyyə Nazirliyi yeni artımın zəruriliyini inflyasiya, istehsal və logistika xərclərinin artması, həmçinin alkoqolun aksiz vergisinin dərəcəsinin artırılması ilə izah edib.
LƏman