“Bu gün sanki hər kəs “Qarabağ”ı qoruyur. Komandalar bu rəqibə öz aqressivliyini göstərməlidirlər”.
Publika.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov mətbuat konfransında deyib.
“Qarabağ”a 1:6 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mütəxəssis rəqibi çempion olması münasibətilə təbrik edib:
“Daha irəli baxmalıyıq. Növbəti turlarda istəkli kollektiv olmalıyıq. Sona səkkiz tur qalmış komanda çempion oldusa, bu, sondur. Klublar gələcəkdə daha aqressiv çıxış etməlidirlər”.