29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Uşaqları cinsi istismardan qoruyan qanun qəbul ediləcək

19 iyn 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Yaponiyanın Yuxarı Palatası yekdilliklə uşaq müəssisələrinin administrasiyasını işə götürərkən işçilərin cinsi cinayətlərdə iştirakını yoxlamağa məcbur edən qanun layihəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu qayda ilk növbədə məktəb və uşaq bağçalarına şamil olunur.

Qüvvəyə minən qanun həm də insanların seksual sahədə qeyri-münasib davranışları ilə bağlı şikayətlər olduqda işə qəbul edilməməsinə imkan verir. Bununla yanaşı bu cür tədbirlərdən sui-istifadənin mümkün olması ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır. Bununla bağlı hökumət qanun pozuntusuna dair şübhələrin hansı meyarlara əsaslanmalı olduğuna dair təlimatlar hazırlamaq niyyətindədir.

Qanunun müddəaları uşaqlarla bağlı müəssisələrdə işləyənlərə də şamil ediləcək. İşəgötürənlərin tələbi ilə Yaponiya Ədliyyə Nazirliyi tərəfindən işçinin tərcümeyi-halı ilə bağlı müvafiq araşdırmalar aparılacaq. Rəsmi məlumatlara görə, Yaponiyada yaşı 19-dan aşağı olan uşaq və yeniyetmələrin 40 faizdən çoxu təcavüz və ya cinsi zorakılığın hər hansı forması ilə üzləşib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur