Gürcüstanın baş naziri İrakli Kobaxidze istefa verməlidir, çünki "böhranı həll edə bilmədi".
QÜTB.AZ xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
"Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və bu baş nazir istefa verəndən iki həftə sonra mən seçkilər təyin etməliyəm", - Zurabişvili Gürcüstanın Birinci Kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, sarsılmaz, azad və demokratik gələcəkdir”.
Zurabişvili iddia edib ki, “Gürcü arzusu” “Saakaşvilinin dövründə olduğundan daha da pisləşib”.
“Arzu”nun bir arzusu var ki, onların yeganə rəqibi həmişə Mişa olsun. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin vaxtında olmayan şeyləri də əlavə etdilər: Rusiya avtoritarizmini, təkpartiyalı sistemi, seçki saxtakarlığını, insan haqlarının pozulmasını", - deyə Gürcüstan prezidenti bildirib.
Zurabişvili onu da bildirib ki, hakim partiyanın Avropa İttifaqı ilə üzvlük danışıqlarını birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul etmək hüququ yoxdur.
Adəm Abbaslı