29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Hüseynin ödənişli parkinqlə bağlı şikayətinə CAVAB

26 yan 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Xəbər verdiyimiz kimi, ötən gün klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önünün ödənişli parklanma ərazisinə çevrilməsindən şikayət etmişdi. O, 8-9 saat burada təhsil alan tələbələrin həmin məbləği ödəyə bilmədiyini qeyd etmişdi.

Publika.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:

"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur