Tanınmış döyüşçü Maykl Çandler maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, UFC çərçivəsində Konor Makqreqorla döyüşünün baş tutacağına şübhə edir:
“Pərdə arxasında çox qəliz proseslər gedir. Ancaq sonda Konor üçün hər şey yaxşı olur. Aydındır ki, əvvəl USADA ilə(Beynəlxalq Antidopinq Agentliyi), indi isə dərman testi ilə bağlı problemlər var idi. Üstəlik, Dana Uayt da dedi ki, pulla bağlı məsələ var. Bunlardan sonra döyüşün baş tutacağına çox şübhəm var”.
Qeyd edək ki, Çandler və Makqreqor arasında döyüşün keçirilməsi üçün edilən cəhdlər iki dəfə uğursuz olub. Onların arasında görüşün iyunun 29-da keçirilməsi planlaşdırır.