Ukrayna Ali Radası “Hərbi polis haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, sənədi 247 deputat dəstəkləyib. Qanun layihəsi təhlükəsizlik və müdafiə sektorunun tərkib hissəsi olan hüquq-mühafizə funksiyalarına malik hərbi polisin formalaşdırılmasını nəzərdə tutur.
Hərbi polisin məqsədi Ukrayna Müdafiə Nazirliyində, Ukrayna Silahlı Qüvvələrində və Dövlət Xüsusi Nəqliyyat Xidmətində asayişi və hərbi intizamı təmin etməkdir.
Onun fəaliyyəti müdafiə naziri vasitəsilə Nazirlər Kabineti tərəfindən əlaqələndirilir.
Hərbi vəziyyət dövründə koordinasiyanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.