Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olmaq üçün Rusiya ilə müharibədə qalib gəlməlidir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
O, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmaq perspektivlərini şərh edərkən, "ilk növbədə, bu müharibədə qalib gəlməlidirlər" deyib.
Kirbinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden hələ də hesab edir ki, Ukrayna gələcəkdə NATO-ya daxil olmalıdır və alyansa qoşulmaq üçün hələ çox iş görülməlidir.
O, həmçinin əlavə edib ki, NATO-ya daxil olmaq üçün Kiyev Ukraynada korrupsiyanın kökünü kəsmək üçün çalışmalıdır.
“Korrupsiya narahatlıq doğurur. Lakin təbii ki, alyansa qoşulmaq istəyən hər bir ölkə başqa addımlar atmalıdır”, - Kirbi vurğulayıb.
O, həmçinin bəyan edib ki, NATO-nun genişləndirilməsi qərarını onun bütün üzvləri verir. "ABŞ bunu sehrli şəkildə edə bilməz", - deyə Kirbi bildirib.
Adəm Abbaslı