Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərini atəşə tutub.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov veürib. “Şənbə günü Belqorodun mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub, ölənlər və yaralananlarvar. Ölənlərin ikisi uşaqdır”, - məlumatda bildirilir.
İlkin məlumata görə, 5 nəfər ölüb, 20-dən çox yaralı var. Yaşayış binalarına zərər dəyib.