05.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Avropa Komissiyasının məxfi sənədi yayıldı: Bu tarixdə su müharibələri başlayacaq

07 mar 2024 13:00
GÜNDƏM
ads

Avropa Komissiyası su çatışmazlığı səbəbindən Aİ ölkələri arasında münaqişə barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə “Politico”nun tədqiq etdiyi Avropa Komissiyasının məxfi sənədində deyilir. Qrumun fikrincə, tez-tez baş verən quraqlıqlar əsrin sonuna qədər Aİ-nin iqtisadi artımını yeddi faiz azalda bilər.

Su çatışmazlığı infrastruktura, səhiyyəyə və iqtisadiyyata zərbə vura bilər. Su qıtlığı ilə bağlı mümkün münaqişələr barədə xəbərdarlıq Avropa Komissiyasının Avropa ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə hazırlıqları sürətləndirməyə çağıran kommünikesinin bir hissəsidir.

Nəşrin istinad etdiyi sənəddə bildirilir ki, AK su qıtlığını həyatın demək olar ki, bütün aspektlərini təhdid edən problem hesab edir. Müraciətdə deyilir: “Bu risklər müxtəlif formalarda özünü göstərə bilər, o cümlədən su ehtiyatları uğrunda artan rəqabət nəticəsində transsərhəd su ehtiyatları üzərində münaqişələr baş verə billər.

Sənəddə ilk dəfə olaraq Ətraf Mühit Agentliyinin (EEA) hesabatına əsaslanan Avropa iqlim riskinin qiymətləndirilməsi təqdim olunacaq. Bunlara quraqlıq, daşqınlar, meşə yanğınları, xəstəliklər, infrastrukturun zədələnməsi daxildir. AK hesab edir ki, 2100-cü ilə qədər iqlim dəyişikliyinin pisləşməsi Aİ-nin iqtisadi artımını yeddi faiz azaldacaq.

Artıq bəzi ölkələrdə su ilə bağlı münaqişələr qeydə alınıb. Bəzi Avropa ölkələri su qıtlığının fəsadları ilə üzləşirlər. Belə ki, fevralın əvvəlində İspaniyanın Kataloniya hökuməti quraqlıq səbəbindən regionun əksər hissəsində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Ötən ilin martında Fransada yeni su anbarlarının tikintisinə qarşı irimiqyaslı etiraz aksiyaları keçirilib. Etirazçılar bunun kənd təsərrüfatını məhv edə biləcəyinə inanırlar. Sen-Solin şəhərində kənd təsərrüfatı ehtiyacları üçün 700 min kvadratmetrlik su anbarının tikintisi üçün 16 kiçik su anbarının birləşdirilməsi planlaşdırılır. Yerli fermerlər qeyd edirlər ki, bu tədbir iri kənd təsərrüfatı istehsalına fayda verəcək, kiçik təsərrüfatlar isə susuz qalacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
135 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur