Fevralda "This Is Me... Now" (Bu mənəm... indi) adlı film və studiya albomu təqdim etməyə hazırlaşan müğənni Cennifer Lopez son fotosessiyası ilə gündəm yaradıb.
Publika.az xəbər verir ki, sənətçi albom üçün fotoqraf Norman Jean Royun kamaresı qarşısına keçib. Cəlbedici pozalar verən sənətçi eksklüziv fotoları instaqramda paylaşıb.
Qeyd edək ki, ulduzun 2002-ci ildə çıxardığı "This Is Me... Then" (Bu mənəm... sonra) albomu o vaxt münasibətdə olduğu aktyor Ben Affleklə sevgisindən bəhs edən mahnılardan ibarət idi. O, 2017-2021-ci illər arasında nişanlandığı Aleks Rodrigezdən ayrıldıqdan 3 ay sonra keçmiş sevgilisi Ben Affleklə yenidən görüşməyə başladı.
İllər sonra keçmiş nişanlısı ilə evlənən artistin yeni albomunun konseptinin çox fərqli olmayacağı irəli sürülüb. Yeni layihədə Lopezin sevgi axtarışlarının ən səmimi və dürüst etiraflarının və hekayələrin yer alacağı bildirilib.