Yaponiyanın Yamaqata prefekturasının parlamenti sakinlərin gündə ən azı bir dəfə gülməsini tələb edən qətnamə qəbul edib.
Publika.az xəbər verir ki, təşəbbüs Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb.
Qanun layihəsinin sakinlərin sağlamlığını yaxşılaşdırmaq və onları ürək-damar xəstəliklərindən qorumaq üçün qəbul edildiyi bildirilib.
Müxalifət bunun hüquq pozuntusu olduğunu bildirib.
Qeyd edək ki, qanunvericilər işəgötürənləri iş yerində gülüş üçün əlverişli atmosfer yaratmağa çağırıblar.