Moldova Qaqauz muxtariyyətinin rəhbərləri Moskvaya səfərə gəliblər.
Publikka.az xəbər verir ki, bu barədə muxtariyyətin icraiyyə komitəsindən məlumat verilib. Bildirilir ki, Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul və Xalq Məclisinin sədri Dmitri Konstantinov Rusiyaya gəliblər.
Xəbər verilir ki, Qutsul artıq Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşüb. O bildirib ki, region Rusiyanın dəstəyini istəyir.
2024-cü ilin fevral ayının sonunda tanınmamış Dnestryanı Respublika Moldova tərəfindən iqtisadi blokadaya alındığından kömək üçün rəsmi olaraq Rusiyaya müraciət edib. Rusiya Xarici İşlər Nazirliyi onların müraciətinə baxılacağını bildirib.
Tural