02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ukrayna aviasiyası tamamilə məhv edilə bilər

05 iyl 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Silahlı Qüvvələri aerodromlara zərbələr endirərək Ukrayna ordusuna son dərəcə ağır ziyan vurur. Əgər belə davam edərsə, tezliklə Ukrayna aviasiyası tamamilə məhv edilə bilər.

Publika.az xəbər verir ki, bu fikirlər britaniyalı hərbi ekspert Devid Axın "Telegraph" üçün yazdığı məqaləsində yer alıb.

Onun sözlərinə görə, Rusiya dəhşətli üç gün ərzində Ukraynanın kiçik, darmadağın edilmiş Hərbi Hava Qüvvələri arasında çaxnaşma yaradıb:

“Rusiya cəbhə xəttindəki aerodromları kəşf etmək üçün havaya pilotsuz təyyarələr göndərdi və dəyişdirilməsi çox çətin olan ballistik raketlərlə təyyarələri məhv etdi”.

Ekspert qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada F-16 və Mirage 2000 qırıcılarını hansı aqibətin gözlədiyini inandırıcı şəkildə nümayiş etdirdi.

O bildirib ki, ABŞ və Fransa təyyarələri Ukrayna ərazisinə çatan kimi Rusiya raketləri tərəfindən məhv ediləcək.

Nəşrin iddiasına görə, Ukrayna şəhərlərdəki obyektləri, cəbhə xəttindəki bölmələri və aerodromları eyni vaxtda qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin fəlakətli çatışmazlığı ilə üzləşir.

“Rusiyanın zərbələri tezliklə Ukraynanın hava qüvvələrinin qalıqlarını toz halına sala bilər”, - deyə Devid Ax məqaləni yekunlaşdırıb.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur