ÇSKA-nın yarımmüdafiəçisi Viktor Mendes karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Publika.az xəbər verir ki, “Trabzonspor” futbolçunun transferi üçün Moskva klubuna təklif göndərib.
Türkiyə klubu bonus və sonrakı satışların faizi olaraq 4 milyon avro + 2 milyon avro təklif edir. Eyni zamanda “Trabzon” ödənişi bir neçə il ərzində tranşlara bölmək istəyir.
Bu şərt ÇSKA-nıqane etmir. Ona görə də yəqin ki, transfer baş tutmayacaq. Türkiyədə transfer pəncərəsi bu gün bağlandığı üçün klubların razılığa gəlməyə vaxtı çox azdır.