Dünyada ilk siqaret çəkənlərin izləri tapılıb. “Antiquity” jurnalında dərc olunan araşdırma nəticəsində məlum olub ki, arxeoloqlar Latın Amerikası qitəsindəki Qvatemalada üzərində nikotin izləri olan qədim saxsı qablar tapıblar. Araşdırma tütündən istifadənin tarixinə işıq salır.
Publika.az xəbər verir ki, yeni araşdırmalar Mərkəzi Amerikadakı yerli insanların təxminən 12 min il əvvəl müalicə zamanı tütündən istifadə etdiyi məlum olub. Arxeoloqlar Qvatemalada üzərində nikotin izləri olan qədim saxsı qabları müəyyən ediblər. Sözügedən saxsı qabın Mərkəzi Amerikanın böyük şəhəri olan Kotzumalhuapada tapıldığı bildirilib.
Tütünün ilk dəfə Mərkəzi Amerikada istifadə edildiyinə dair çoxlu əfsanələr var, lakin son kəşfə qədər bunun konkret sübutunun olmadığı bildirilirdi. Tədqiqatda iştirak edən alimlərdən biri olan Yale Universitetinin professoru Osvaldo Chinchilla Mazariegos tütünün qədim Mərkəzi Amerika və Amerikanın digər bölgələrində hər cür mərasimlər və müalicə ritualları üçün xüsusilə vacib olduğunu deyib.
Bununla belə, Chinchilla Mazariegos tütün izlərinin obyektlərdə uzun müddət qalmadığı üçün bu günə qədər arxeoloji sübut tapmağın çətin olduğunu söyləyib.
Son araşdırmada tədqiqatçılar Cotzumalhuapadakı El Baul sahəsində qazıntı sahəsində tapılan vazaları araşdırdılar. Sözügedən vazalar 2006 və 2007-ci illərdə aşkar edilib. Ancaq bu günə qədər vazaların üzərində heç bir kimyəvi analiz aparılmayıb. Tapılan yeddi vazadan kiçik parçalar götürülərək kimyəvi analizə məruz qalıb. Tədqiq olunan vazaların üçündə tütün qalıqları aşkar edilib.
Nəticələr tədqiqatçıları təəccübləndirib, çünki tədqiq edilən vazalar hündür və nazik olub və ümumiyyətlə maye istehlak etmək üçün istifadə olunub.
Alimlərin qənaətinə görə, həddindən artıq nikotinin qəbulunun ölümcül ola biləcəyini kəşf edən qədim mesoamerikalılar onu içkiyə qarışdırmağa qərar veriblər. Tapıntılar göstərir ki, Amerika qitəsində insanlar tütündən düşündüyümüzdən xeyli əvvəl istifadə ediblər.
Aysel Şahmar