İngiltərənin şimal-qərbindəki Sautport şəhərində bir nəfər küçədən keçənlərə bıçaqlı hücum edib.
Publika.az xəbər verir ki, hücum nəticəsində 2 uşaq ölüb, 6 uşaq olmaqla, 8 nəfər isə xəstəxanadadır. Onların vəziyyəti ağırdır.
Şübhəli şəxs saxlanılıb, bıçağı müsadirə edilib.
Onun əslən Uelsin Kardiff şəhərindən olan 17 yaşlı yeniyetmə olduğu bildirilir. Onun adı açıqlanmayıb.