Şəmkirdə yabanı halda bitən 24 ton 803 kq çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayon ərazisində yabanı halda bitən 24 ton 803 kq çəkidə 25 181 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.