Türkiyə may ayında Rusiyadan darı alışını üç, qarğıdalı alışını isə iki dəfə artırıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə yerli istehsalçıları qorumaq üçün iyunun 21-dən oktyabrın 15-dək buğda idxalını dayandırmağa qərar verib.
Türkiyənin may ayında Rusiyadan aldığı taxıl miqdarı 843 min ton olaraq açıqlanıb. Bunun 569 min tonu buğdadır.
Roza Şəfiyeva