Rusiyanın Perm şəhərində iş adamı küçədə güllələnib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə REN TV məlumat yayıb.
Hadisə oktyabrın 5-də baş verib. Axşam saatlarında Pervomayskaya küçəsində bar sahibi olan Aleksandr Lukov avtomobilini idarə etdiyi müəssisəyə aparıb və park edib.
Aleksandr maşından çıxan kimi naməlum şəxs ona yaxınlaşaraq tapançadan bir neçə dəfə atəş açıb.
Yerli hüquq-mühafizə orqanları qətl hadisəsi yerində işləyir, qatili axtarır.
Milli.Az