29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Türkiyə 10 ölkənin vətəndaşlarına elektron viza məcburiyyəti tətbiq etdi

09 apr 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Türkiyədə İstanbul Hava Limanından istifadə edərək Meksika, Panama, Kolumbiya və Venesuelaya tranzit yolla səyahət edəcək 10 ölkənin vətəndaşları üçün elektron hava limanı tranzit vizası məcburiyyəti tətbiq olunub.

Publika.az xəbər verir ki, bu, qlobal səviyyədə qeyri-qanuni miqrasiya halları ilə bağlı həm tranzit, həm də təyinat ölkəsi olan Türkiyənin bu hallarla mübarizə çərçivəsində aldığı qərarlardan biridir.

Son dövrlər Türkiyə üzərindən tranzit hava yolu imkanlarından istifadə edərək müxtəlif Mərkəzi və Latın Amerikası ölkələri vasitəsilə Şimali Amerikaya gedən qeyri-qanuni mühacirlərin sayının artması ilə əlaqədar beynəlxalq aviasiya qaydaları çərçivəsində yoxlamalar artırılıb.

15 aprel tarixindən etibarən İstanbul Hava Limanından istifadə edərək Meksika, Panama, Kolumbiya və Venesuelaya tranzit keçəcək Hindistan, Əfqanıstan, Nepal, Burkina-Faso, Qvineya, Çad, Somali, Kamerun, Mavritaniya və Yəmən vətəndaşları elektron hava limanı tranzit vizası almaq məcburiyyətindədirlər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur