29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Uzunmüddətli COVİD zəka geriliyinə səbəb olur

02 mar 2024 00:00
GÜNDƏM
ads

Uzunmüddətli COVİD-dən əziyyət çəkən insanlarda sonradan üzə çıxan bəzi əlavə təsirlər arasında idrak qabiliyyətinin və zəkanın azalmasının da olduğu müəyyən edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, COVID-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən “Long Covid” kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb.

112 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqat iştirakçılarının zəka, diqqət və səbəb-nəticə əlaqəsi qurma bacarığı kimi beyin qabiliyyətləri ölçülüb.

Məlum olub ki, “Long Covid” xəstələrinin intellekti azalır və onların IQ-da 6 ballıq azalma müşahidə edilir. Nəticələrə görə, uzunmüddətli COVID-ə yoluxan xəstələrin bəzilərində simptomlar 3 ay sonra yoxa çıxsa da, IQ-larında 3 ballıq azalma olub.

Xəstəliyin simptomları 12 həftədən çox davam edənlərdə isə IQ azalması 6 bal olaraq müəyyənləşib.

Ağır COVID-19 keçirənlər və xəstəxanaya yerləşdirilməli olanlar üçün vəziyyət daha da pisdir. Məlum olub ki, şiddətli COVID-19 keçirənlərdə IQ azalması 9 bala çatıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ən azı 65 milyon insan hələ də uzunmüddətli COVİD ilə mübarizə aparır. (Medicina.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur