Jurnalist Elnarə Qasımova saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil deyib ki, Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.