29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Türk dönərinin qiyməti Almaniyada gündəm oldu: Şolts belə münasibət bildirdi

13 mar 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Almaniyada inflyasiyanın azalmasına baxmayaraq, türk dönərinin qiymətinin aşağı düşməməsi ölkədə gündəm olub.

Publika.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts dönər qiymətləri ilə bağlı ona verilən sualı cavablandırıb.

Dönərin qiyməti şəhərdən şəhərə dəyişsə də, dönər kababı orta hesabla 7 avro civarındadır. Almanların ən çox bəyəndiyi yeməyə çevrilən dönərin qiymətləri indi az qala ölkədəki inflyasiyanı əks etdirir.

Yeni qiymətlər alman gənclərini heç də sevindirmir və məsələ ən yüksək səviyyəyə çatıb. Sosial media hesabında sualları cavablandıran Almaniya kansleri xüsusilə gənclərdən dönər qiymətləri ilə bağlı suallar aldığını bildirib. Bir gəncin ona “Cənab Şolts, dönər kababı nə vaxt 3 avro olacaq?” sualını verdiyini ifadə edən kansler bu cavabı verib:

“Xüsusən də son vaxtlar gənclərdən dönərin qiymətinin yuxarı həddi ilə bağlı tələblər var. Biz azad bazar iqtisadiyyatında yaşayırıq və qiymətlər tələb-təklifə uyğun müəyyən edilir. Dönər istehsalçılarının da müxtəlif xərcləri, ödənişləri var. Həm Federal Hökumət, həm də Avropa Mərkəzi Bankı bu məsələdə yaxşı iş görüb”.

Qeyd edək ki, Almaniyada inflyasiya 2,5 faiz civarına düşüb, ərzaq qiymətlərindəki artım isə əvvəlki ayla müqayisədə 0,9 faiz olub. Dönərin qiymətində artım bir qədər səngiyib, hətta dayanıb. Amma dönər qiymətləri hələ də çox yüksəkdir. Dörddəbir dönər-pide 7-9 avro arasında dəyişir. Bu səbəbdən Şoltsun ​​cavabı gəncləri sevindirməyib. Bir gənc ona “keçmiş baş nazir Merkel dönər qiymətlərini nəzarət altında saxlaya bildi”,- deyə cavab yazıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur