“Tottenhem”in baş məşqçisi Anqelos Postekoğlu, hətta formada olan “Liverpul”un hücumçusu Məhəmməd Salahın da komandasında çətinliklə üzləşə biləcəyini deyib.
QÜTB.AZ xəbər verir ki, onun sözlərini BBC sitat gətirib.
“Salah dünya səviyyəli oyunçudur, amma indi onu komandamıza gətirsəniz, düşdüyümuz vəziyyəti nəzərə alaraq onun eyni səviyyədə performans göstərəcəyinə əmin deyiləm.
Ancaq konteksti başa düşmək vacibdir. O, indi yüksəlişdə olan fantastik komandada oynayır”, – Anqelos deyib.
Bu mövsüm Salah İngiltərə Premyer Liqasında 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə (31 məhsuldar ötürmə) edib.
Bu gün, yanvarın 8-də İngiltərə Liqa Kubokunun 1/2 final mərhələsinin ilk oyunu keçiriləcək və “Tottenhem” “Liverpul”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.